Azərbaycan “OPEC plus”un neft bazarına dair mövqeyi ilə həmrəydir

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin onlayn formatda keçirilən 34-cü iclasında 2022-ci ilin oktyabrında qəbul edilmiş qərarın qüvvədə saxlanılmasına Azərbaycan da razılıq verib.

Bu barədə Azərbaycan Energetika Nazirliyindən məlumat verilib.

Beləliklə, “Əməkdaşlıq Bəyannaməsi”nin iştirakçı ölkələrinin cari ilin avqust ayındakı kvotalarına nəzərən müəyyənləşdirilmiş öhdəlikləri sabit saxlanılır. Azərbaycanın da ixtisarlarla bağlı öhdəliyi gündəlik 33 min barrel, gündəlik xam neft hasilatı üzrə kvotası isə 684 min barrel həcmində olmaqla dəyişməz qalır.

“OPEC plus” ölkələri nazirlərinin növbəti görüşünün gələn ilin 4 iyun tarixində keçirilməsi razılaşdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ