Azərbaycan ABŞ-ın Ali Məhkəməsinə müraciət edib

Azərbaycan İrana qarşı sanksiyaları pozmaqda ittiham olunan Türkiyənin “Halkbank”ına bəraət verilməsini tələb edən bəyanatla ABŞ Ali Məhkəməsinə müraciət edib.

haqqin.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səhmləri Türkiyə dövlətinə məxsus olan “Halkbank”a qarşı bir neçə il əvvəl ABŞ-da məhkəmə prosesi formalaşıb. İttihama görə, bankın sədri Mehmet Hakan Atilla (hazırda bu vəzifədən təqaüdə çıxıb - red. qeyd) iranlı azərbaycanlı milyarder Rza Zərrabla birlikdə ABŞ-ın İrana qarşı tətbiq etdiyi maliyyə sanksiyalarından yayınmaq üçün sxem hazırlayıb.


İddiaların təmin ediləcəyi təqdirdə türk bankı milyardlarla dollar cərimə ilə üzləşə bilər

Nəticədə sanksiya baryerindən yan keçərək ABŞ maliyyə sistemi vasitəsilə İrana milyardlarla dollar köçürüdüb. 2016-cı ildə Zərrab ABŞ-da həbs edilib. O, FTB ilə əməkdaşlığa razı olub və Halkbank rəhbərliyinin əleyhinə ifadə verib, bundan sonra sərbəst buraxılıb.

Halkbank-a qarşı irəli sürülən ittihamdan sonra vəkilləri bankın xarici dövlətə məxsus olması səbəbilə ABŞ-ın məhkəmə iddiasının rədd edilməsi barədə vəsatət qaldırıblar. Bankın şikayəti bütün aşağı instansiya məhkəmələri tərəfindən rədd edilib və Konstitusiya Məhkəməsi - sonuncu instansiya - gələn il yanvarın 17-də ona baxacaq.

Konstitusiya Məhkəməsi aşağı instansiya məhkəmələrinin qərarını qüvvədə saxlasa, o zaman Nyu-York Cənub Federal Məhkəməsi Halkbank-a qarşı irəli sürülən ittihamlarla bağlı məhkəmə prosesinə başlayacaq. İddia təmin olunarsa, bank milyardlarla dollar cərimə ilə üzləşə bilər.

Türkiyənin müttəfiqləri - Azərbaycan, Pakistan və Qətər Ali Məhkəmədən ABŞ Konstitusiya Məhkəməsinin Halkbankın xeyrinə çıxardığı qərara təsir göstərməyi xahiş ediblər. Hər üç petisiyada Türkiyənin dost, qardaş ölkə olduğu, “Halkbank”a qarşı açılan cinayət işinin əsas pay sahibi kimi birbaşa Türkiyə dövlətinə qarşı yönəldiyi bildirilir.


On illər sonra Rza Zerrab yenidən qalmaqalın mərkəzindədir

Açıqlamalarda türk bankına qarşı cərimə qərarının ABŞ ilə Türkiyənin müttəfiqləri arasında diplomatik münasibətlərə mənfi təsir edəcəyi vurğulanır. Müraciətin mətnində o da bildirilir ki, Xarici Dövlətlərin Toxunulmazlığı Aktına uyğun olaraq banka qarşı qaldırılan iddiaya ABŞ-da baxıla bilməz.

Azərbaycan adından təqdim olunan bəyanatda deyilir: “Azərbaycan Respublikası Şərqi Avropa və Qərbi Asiyanın sərhəddində yerləşən, 10 milyona yaxın əhalisi olan ölkədir. Rusiya, İran və Türkiyə ilə qonşudur. Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra ABŞ və NATO ilə sıx əlaqələr qurub. Azərbaycan sülhməramlıları 1999-2008-ci illərdə Kosovoda, 2003-2008-ci illərdə İraqda və 2002-2021-ci illərdə Əfqanıstanda ABŞ və NATO əsgərləri ilə birlikdə həyatlarını riskə atıblar. Xahiş edirəm, ölkəmiz adından qaldırılan iddianı nəzərə alasınız”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ