Taksi sürücüləri İTS haqqı ödəyəcəklər - məbləğ təsdiqləndi

Milli Məclisin deputatları Azərbaycanda taksi sürücülərinin icbari tibbi sığortaya cəlb olunmasına dair layihəni qəbul ediblər.

Bununla bağlı “Tibbi sığorta haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişiklik layihəsi Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 3 dekabr 2021-ci il tarixli qanuna uyğun hazırlanıb.

Dəyişiklik layihəsində Azərbaycan ərazisində fərdi qaydada (muzdlu işçi cəlb etmədən) avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən fiziki şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə ölkə ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər tərəfindən icbari tibbi sığorta haqqı “Fərqlənmə nişanı” alınarkən ödənilməsi nəzərdə tutulub.

Sənədin qəbulu ilə bu kateqoriyadan olan fiziki şəxslər minimum əməkhaqqının (300 manat) 4%-i miqdarında (12 manat) məbləğ ödəməklə icbari tibbi sığortanın xidmətlərindən bəhrələnə biləcəklər.

Dəyişikliklər layihəsi lll oxunuşda qəbul edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ