Yeni elektromobillərin idxalı gömrük rüsumundan azad edilib

Nazirlər Kabineti bununla bağlı Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə müvafiq dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Dəyişikliyə əsasən, zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobilləri 15 faiz idxal gömrük rüsumundan azad edilir.

Qərar dərc edildiyi gündən 30 gün sonra qüvvəyə minir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ