Problemli kreditlərlə bağlı ödənişlər nə vaxt veriləcək? - RƏSMİ

Aprelin 15-dək kompensasiya alacaq vətəndaşlar barədə məlumatlar tam olaraq sistemə inteqrasiya olunacaq.

Bununla bağlı Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) Buta.media-ya məlumat verilib.

Qeyd olunur ki, problemli kreditlərlə bağlı kompensasiya və restruktrizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ