Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.
Buta.media-nın məlumatına görə, 65 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Türkiyə təmsilçisi Selahəttin Kılıcsallayanı məğlub edib.
3 qat dünya çempionu olan Hacı Əliyev 2014 və 2018-ci illərdə də Avropa çempionu olub.