Məmmədyarov Maqnus Karlseni məğlub etdi

Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov “Meltwater Champions Chess Tour” onlayn şahmat seriyasının səkkizinci mərhələsinə qələbə ilə başlayıb.

“Aimchess Rapid” adlanan mərhələ yarışının birinci turunda şahmatçımız hazırkı dünya çempionu norveçli Maqnus Karlsen üzərində qələbə qazanıb, ikinci turda isə polşalı Yan Kşiştov Dudaya məğlub olub.

Qeyd edək ki, ümumi mükafat fondu 150 min dollar olan turnirin qrup oyunlarından sonra ilk səkkiz yeri tutmuş şahmatçı pley-offa vəsiqə qazanacaq.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ