Azərbaycanlı tələbədən möhtəşəm şərh - VİDEO

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının tələbəsi türkiyəli futbol şərhçiləri kimi şərh etməsi sosial şəbəkə istifadəçilərin diqqətini çəkib.

Buta.media-nın məlumatına görə, olay Bakıda universitetlər arasında futzal üzrə çempionat zamanı baş verib.

Belə ki, turnir çərçivəsində keçirilən Bakı Dövlət Universiteti və Azərbaycan Texniki Universitetinin oyununda  tələbə Elvin Şirinov bu qarşılaşmanı stadionda türkiyəli futbol şərhçiləri kimi şərh edib. Onun bu şərhi dostları tərəfindən görüntülənib və sosial şəbəkələrdə paylaşılıb. Video isə böyük marağa səbəb olub. 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ