Azərbaycan Avro-24-ün təsnifat mərhələsində kimlərlə oynayacaq? - Səbətlər

Oktyabrın 9-da Frankfurtda UEFA Avro-2024-ün seçmə mərhələsinin püşkatma mərasimi keçiriləcək. Millətlər Liqasının qrup mərhələsinin son oyunlarından sonra səbətlərin tərkibi tam müəyyənləşib.

“C” liqasında öz qrupunda ikinci yeri tutan Azərbaycan millisi 4-cü səbətdə qərarlaşıb. Burada həmçinin Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan, Lüksemburq, Kosovo, Bolqarıstan, Farer adaları və Şimali Makedoniya milliləri də var. Bu komandalar Azərbaycanla eyni qrupa düşməyəcək.

Digər səbətlərin tərkibi

Millətlər Liqası A Qrupu: Hollandiya, Xorvatiya, İspaniya, İtaliya.

1-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan, İsveçrə, Polşa.

2-ci səbət: Fransa, Avstriya, Çexiya, İngiltərə, Uels, İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya, Finlandiya.

3-cü səbət: Ukrayna, İslandiya, Norveç, Sloveniya, İrlandiya, Albaniya, Monteneqro, Rumıniya, İsveç, Ermənistan.

5-ci səbət: Slovakiya, Şimali İrlandiya, Kipr, Belarusiya, Litva, Cəbəllütariq, Estoniya, Latviya, Moldova, Malta.

6-cı səbət: Andorra, San Marino, Lixtenşteyn.

Almaniya və Rusiya yığmaları təsnifat mrəhələsində iştirak etmir. Almanlar qarşıdan gələn Avroya ev sahibliyi edirlər, Rusiya komandaları və klubları isə Ukraynaya hərbi müdaxiləyə görə UEFA tərəfindən bütün turnirlərdən kənarlaşdırılıb.

Beləliklə, 53 komanda 10 qrupa (beş komandadan ibarət 7 qrup və altı komandadan ibarət 3 qrup) bölünəcək. Təsnifat mrəhələsinin oyunları 2023-cü ilin mart-noyabr aylarında keçiriləcək. Millətlər Liqasının A Liqasında qrup qalibləri gələn ilin iyun ayında Dördlər Finalında mübarizə aparacaqları üçün beş komandadan ibarət seçmə qrupa düşəcəklər.

On qrup qalibi və on ikinci yeri tutan komanda Avropa çempionatının final mərhələsinə yüksələcək. Qalan üç yer isə 2024-cü ilin martında Millətlər Liqasının pley-off mərhələsində oynanılacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ