Messi Mbappe haqda fikirlərini bölüşdü

Fransanın PSJ klubunun argentinalı hücumçusu Lionel Messi komanda yoldaşı Kilian Mbappe haqqında fikirlərini bölüşüb. O bu barədə TUDN YouTube kanalına danışıb.

Messi Mbappeni təkbətək oyunda güclü “heyvan” adlandırıb. “Kilian açıq yerə qaçır, çox sürətlidir və çoxlu qol vurur. Mbappe tam oyunçudur və bir neçə ildir ki, bunu nümayiş etdirir. Əminəm ki, yaxın illərdə o, ən yaxşılar arasında olacaq, əminəm”, - deyə argentinalı bildirib.

Qeyd edək ki, Mbappe dünyanın ən çox maaş alan futbolçusudur. Bu mövsüm komanda ilə razılaşmaya əsasən, o, 105 milyon dollar alacaq. Mbappeyə daha 20 milyon dollar sponsorluq müqavilələri gətirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ