Azərbaycan millisi Qazaxıstanı darmadağın etdi - video

Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində sonuncu turunda Qazaxıstan komandasına qalib gəlib.

“Dalğa Arena” keçirilən qarşılaşma  Canni De Byazinin yetirmələrinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qonaqlar görüşün 35-ci dəqiqəsindən etibarən azlıqda qalıblar. Nuralı Alip ikinci sarı vərəqəni alaraq meydandan qovulub. 

Qarşılaşmada hesab 66-cı dəqiqədə açılıb.Aleksandr Maroçkin avtoqol müəllifi olub.

74-cü dəqiqədə Filip Ozobiç hesab arasındakı fərqi artırıb.yaxın olsa da, top qapının yanından keçib. 31 yaşlı yarımmüdafiəçi yığmadakı 10-cu matçında ilk dəfə qolla yadda qalıb.

90+1-ci dəqiqədə Anatoli Nuriyev matçda son nöqtəni qoyub - 3:0.

Beləliklə, rəqibini 3:0 hesabı ilə məğlub edən Azərbaycan millisi ardıcıl üçüncü qələbəsini qazanıb və xallarının sayını 10-a yüksəldərək qrupu ikinci pillədə başa vurub. Azərbaycan seçməsi 11 ildən sonra Qazaxıstana qalib gəlib. Komanda son olaraq 2011-ci ildə rəqibini 3:2 hesabı ilə üstələyib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ