“Neftçi”nin baş məşqçisi keçmiş arvadı ilə əlbəyaxa oldu - video

Bakının “Neftçi” klubunun baş məşqçisi Laurentsiu Reghekampf keçmiş həyat yoldaşı Anamariya Prodanla mübahisə edib.

Bu barədə Rumıniya mətbuatı məlumat yayıb.

Hadisə sentyabrın 23-də Buxarestdən kənarda kiçik Snaqov şəhərində baş verib. Qeyd olunur ki, Reghekampf içkili halda oğluna baş çəkməyə gedib və orada keçmiş həyat yoldaşı ilə qarşılaşıb. Onlar arasında mübahisə baş verib, daha sonra isə tərəflər əlbəyaxa olublar.

Nəticədə polis hər iki tərəfin ifadəsini qeydə alıb, onları dinləyib və iki iş açıb. Qeyd edək ki, cütlük 15 ildir evlidir. Anamariya Prodan keçmiş Playboy modelidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ