Avropa Liqası: “Qarabağ” səfərdə “Frayburq”a məğlub oldu

UEFA  Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Frayburq” - “Qarabağ” matçı sona çatıb. 

Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.

Qarşılaşmanın 7-ci dəqiqəsində Qrifo, 15-ci dəqiqədə isə Doan meydan sahiblərinin heyətində fərqlənib. 

“Qarabağ” 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ