Azərbaycanın MMA idmançısı Nəriman Abbasov Las-Veqasda (ABŞ) “Dana White’s Contender Series” (Deyna Vaytın İddiaçılar Seriyası) turnirində ilk döyüşünə çıxıb.
28 yaşlı idmançı braziliyalı İsmael Bonfimlə qarşılaşıb və məğlub olub.
Döyüş Bonfimin (30-27, 30-27, 29-28) qələbəsi ilə başa çatıb.
Bu, Nəriman Abbasovun karyerasındakı 4-cü məğlubiyyətidi.
Xatırladaq ki, Abbasov daha əvvəl “AMC Fight Nights” turnirində Marif Pirayevlə dueldə (30-5) yüngül çəki dərəcəsində çempion titulunu qoruyub saxlayıb.