UEFA “Qarabağ”a 10 milyon avro ödədi

UEFA-nın bayrağı altında keçirilən turnirlərdə iştirakı ilə əlaqədar “Qarabağ” klubunun hesabına növbəti ödəniş edilib.

Avropa futbol qurumunun ayırdığı müvafiq maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə klubun hesabına köçürülüb.

“Qarabağ” 5 milyon avro (8 milyon 470 min manat) – UEFA Çempionlar Liqasının pley-off mərhələsində iştirakına görə (ÇL-in qrup mərhələsinə adlaya bilməyən klubar üçün) alıb. Bundan əlavə Ağdam təmsilçisi 3,4 milyon avro (5 milyon 760 min manat) – UEFA Avropa Liqasının qrup mərhələsində iştirak üçün ilkin ödəniş və - 2,244 milyon avro (3,8 milyon manat)  – UEFA Avropa Liqasının sıralama əmsalına görə (klubun son 10 ildə göstərdiyi nəticələrə əsasən) hesabına əlavə edib.

Qeyd edək ki, Avropa Liqasının G qrupunda Azərbaycan çempionu “Nant” (Fransa), “Frayburq” (Almaniya) və “Olimpiakos”la (Yunanıstan) mübarizə aparacaq. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ