Vadji “Qarabağ”la vidalaşdı - Bu böyük bir macəra idi

Fransanın “Sent-Etyen” klubuna transfer olunan İbrahima Vadji ayrıldığı “Qarabağ” və klubun azarkeşlərinə təşəkkür edib.

Bu barədə o özünün İnstagram səhifəsində yazıb.

“Bütün “Qarabağ” ailəsinə, klubda çalışanlara, əziz qardaşlarıma və azarkeşlərə salam! Bu, bir vida məktubudur. Təəssüf ki, gözlənilməz səfərim səbəbimdən bunu sizinlə üzbəüz deyə bilmirəm. Amma bilin ki, özümlə, kollektiv emosiyalarını və çoxlu gözəl anlar aparıram. Tez bir zamanda bitsə də bu, insani keyfiyyətlər və peşə baxımında böyük bir macəra idi. Qalan hər şeydə uğurlar, təşəkkürlər!”.

Qeyd edək ki, Vadji bu gün “Sent-Etyen”lə üç illik müqavilə imzalayıb. 

“Sent-Etyen” Vadjinin keçidi üçün “köhlən atlar”a 1 milyon avrodan çox vəsait ödəyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ