Günay Məmmədzadə erməni şahmatçıya qalib gəlib

Çexiyanın paytaxtı Praqada qadın şahmatçılar arasında keçirilən Avropa çempionatının IX turunda Azərbaycan şahmatçısı Günay Məmmədzadə Ermənistan təmsilçisi Mariya Gevorqyanı məğlub edib.

Azərbaycanın digər şahmatçılarından Gülnar Məmmədova İnna Qaponenko (Ukrayna), Xanım Balacayeva Anna Uşenina (Ukrayna) və Gövhər Beydullayeva Nurgül Səlimova (Bolqarıstan) ilə heç-heçə edib. Ləman Hacıyeva isə Anna Sarqsyana (Ermənistan) uduzub.

Qeyd edək ki, Avropa çempionatına avqustun 31-də yekun vurulacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ