“Kəpəz”in baş məşqçisi istefaya göndərilib

Gəncənin “Kəpəz” klubunun baş məşqçi Yaşar Vahabzadə istefaya göndərilib.

Bu barədə qərar klub rəhbərliyi ilə 62 yaşlı mütəxəssis arasındakı görüşdə qəbul olunub.

Görüşdə komandanın nəticələri təhlil olunub və qarşılıqlı razılıq əsasında Vahabzadə, eləcə də məşqçilər korpusuna daxil olan məşqçilərlə müqaviləyə xitam verilib.

Onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Qeyd edək ki, “Kəpəz” bu mövsüm Azərbaycan Premyer Liqasındakı ilk dörd oyununun hamısını məğlubiyyətlə başa vurub və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ