Avropa Liqası: “Qarabağ”ın qrupdakı oyunlarının təqvimi bəlli olub

UEFA Avropa Liqasında mübarizə aparan “Qarabağ”ın oyunlarının təqvimi bəlli olub.

Ağdam klubu qrup mərhələsinə sentyabrın 8-də səfərdə Almaniyanın “Frayburq” klubu ilə qarşılaşma ilə start verəcək.

Qurban Qurbanovun yetirmələri ikinci turda sentyabrın 15-də Bakıda Fransanın “Nant” komandasını qəbul edəcək.

Oktybarın 6-da “Qarabağ” səfərdə “Olimpiakos”un qonağı olacaq, oktyabrın 13-də isə “köhlən atlar” Yunanıstan təmsilçisini Bakıda qəbul edəcəklər.

Beşinci turda oktyabrın 27-də “Qarabağ” Fransada “Nant”ın qonağı olacaq. Noyabrın 3-də keçiriləcək sonuncu turda isə ağdamlılar Bakıda “Frayburq”u qəbul edəcəklər.

Qeyd edək ki, “Qarabağ” qrup mərhələsindəki oyunlarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ