Türkiyə televiziyasında “Qarabağ”a qarşı hörmətsizlik - video

Türkiyənin “A Spor” kanalında UEFA Avropa Liqasının püşkatması ilə bağlı aparılan müzakirələrdə “Qarabağ” klubuna qarşı hörmətsizlik edilib.

Buta.media-nın xəbərinə görə, “Sabah” qəzetinin köşə yazarı Gürcan Bilgiç Azərbaycan çempionunu erməni klubu kimi təqdim edib.

Aparıcı ikinci səbətdəki klubların adını sadalayarkən “Qarabağ”ın da adını çəkib, bu zaman Gürcan Bilgiç “Qarabağ” erməni klubu deyil?” sualını verib.

İdman jurnalisti Hüseyn Özkök onun səhvini düzəldərək, “Qarabağ” Azərbaycan klubudur” deyib.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ