Ronaldu karyerasını İtaliyada davam etdirə bilər

“Mançester Yunayted”in portuqaliyalı futbolçusu Kriştianu Ronaldunun agenti Xorxe Mendeş İtaliyanın iki klubu - “Napoli” və “Milan”la danışıqlar aparıb. Bu barədə jurnalist Canluka Di Marsionun saytında məlumat verilib.

Məlumdur ki, komandada kifayət qədər hücumçu olduğu üçün “Napoli” 37 yaşlı futbolçu ilə maraqlanmayıb. Buna cavab olaraq Mendeş Viktor Osimeni “Mançester Yunayted”ə satmağı təklif edib ki, bu da Ronaldonun transferinə imkan verəcək.

Mendeş portuqaliyalının “Milan”a transferini də müzakirə edib. Agentin sözlərinə görə, bu, Rafael Leau “Çelsi”yə keçərsə, mümkün olacaq.

Yayda media dəfələrlə Ronaldunun “Mançester Yunayted”i tərk etməsi ilə bağlı xəbərlər yayıb. Futbolçunun klubun transfer siyasətindən və onun idman nəticələrindən narazılığı qeyd olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ