Ruslan Qurbanov Şahruddini tənqid edənləri təhqir etdi - foto

Futbol üzrə Azərbaycan millisinin sabiq hücumçusu Ruslan Qurbanov “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevi Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” ilə matçda etdiyi səhvə görə tənqid edənləri təhqir edib.

Forvard feysbuk səhifəsində bununla bağlı paylaşım edib.

“Dünən Şah-Şah qışqırırdız. Bu gün çaqqal kimi hücum edirsiniz. Şah milli və kluba nə qədər xeyir verib, bunu tez yaddan çıxarırsınız. Maskanızı çıxarın, biz sizi çoxdan tanıyırıq”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ