“Qarabağ” Avropa Liqasında ikinci səbətdə - Cümə günü püşkatma olacaq

Azərbaycanın “Qarabağ” futbol klubu Avropa Liqasının qrup mərhələsinin püşkatması zamanı ikinci səbətdə olacaq.

Belə ki, Çempionlar Liqasında pley-off mərhələsində Danimarkanın “Kopenhagen” və Xorvatiyanın “Dinamo” komandalarının uğurları sayəsində “Qarabağ” üçüncü səbətdən pillədən ikinciyə yüksəlib. Bununla da, Azərbaycan çempionunun qrupdakı rəqibləri reyitnq baxımından aşağı olacaqlar.

Hazırda “Qarabağ”la yanaşı ikinci səbətdə “Feyenoord” (Hollandiya), “Renn” (Fransa), PSV (Hollandiya), “Gent” (Belçika), “Monako” (Fransa), “Real Sosyedad” (İspaniya) və “Malmö” ( İsveç) klubları da var. Lakin “Feyenoord” birinci səbətə yüksələ bilər, “Gent” və “Malmö” isə hələ də cavab oyunları bu gün keçiriləcək pley-off mərhələsini keçməlidirlər.

İkinci səbətdə yer alan klublar “Qarabağ”a rəqib düşməyəcək. Hazırda birinci səbət belə görünür: “Roma” (İtaliya), “Mançester Yunayted” (İngiltərə), “Arsenal” (İngiltərə), “Latsio” (İtaliya), “Reyncers” (Şotlandiya), Braqa (Portuqaliya), “Crvena Zvezda” (Serbiya), “Dinamo” (Kiyev, Ukrayna). Sonuncu komanda hələ müəyyənləşməyib. Bu, ya Yunanıstanın “Olimpiakos”, ya da yuxarıda qeyd etdiyimiz “Feyenoord”  olacaq.

Üçüncü və dördüncü səbətlər barəsində isə hələ heç nə demək mümkün deyil. Avropa Liqasında bu gün keçiriləcək on oyundan sonra burada mənzərə aydınlaşacaq.

Qeyd edək ki, Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi avqustun 26-da Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. 32 komanda səkkiz qrupa bölünəcək. Qrup qalibləri birbaşa 1/8 finala çıxacaq. İkinci yeri tutan komandalar Çempionlar Liqasının qruplarında 3-cü yeri tutan klublarla 1/16 finalda oynayacaq. Üçüncü yeri tutacaq komandalar isə Konfrans Liqasının 1/16 finalında mübarizəni aparacaqlar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ