Rafael Fiziyevin UFC-də növbəti rəqibi bəlli oldu

Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev “Ultimate Fighting Championship” (UFC) çərçivəsində növbəti döyüşünü keçirəcək.

“WAR POIRIER/GAETHJE” Twitter hesabının məlumatına görə, o, bu ilin dekabrın 10-da UFC 282-də amerikalı döyüşçü Castin Qeydji ilə qarşılaşacaq.

“Mənə dedilər ki, UFC dekabrın 10-da Las-Veqasda Fiziyev və Qeydji arasında keçiriləcək yüngül çəkidə döyüşə hazırlığı tamamlayır”, - nəşr yazır.

Xatırladaq ki, Rafael Fiziyevin UFC-də sonuncu döyüşü iyulun 9-da Las-Veqasda baş tutub. Həmin döyüşdə o, ilk dəfə Azərbaycan bayrağı altında çıxış edərək braziliyalı Rafael dos Anyos üzərində nokautla qalib gəlib.

Bu döyüşdən sonra Fiziyev amerikalıya “əlcək atıb” və Qeydji razılığını verib. Amerikalı döyüşçü sonuncu dəfə mayın 7-də UFC-də döyüşüb və yüngül çəkidə çempion olan braziliyalı Çarlz Oliveyraya məğlub olub. 

Əlavə edək ki, Qeydji yüngül çəkidə UFC reytinqində üçüncü, Fiziyev isə yeddinci yeri tutur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ