Makqreqorla Nurməhəmmədov yenə “döyüşdü”

İrlandiyalı döyüşçü Konor Makqreqorla dağıstanlı Həbib Nurməhəmmədovun ulduzu heç cür barışmır.

Buta. media Oxu.Az-a istinadən xəbər verir ki, Makqreqor karyerasını bitirdiyinə görə, Nurməhəmmədovun ona söz atmasına “Twitter” hesabında belə reaksiya göstərib:

“Sənin pulunu əlindən aldılar, mənimlə döyüşəndə qardaşlarının gözünün altını qaraltdılar, balaca siçan. Tezliklə Las Veqasda böyük parti olacaq, balaca”.

Tezliklə Nurməhəmmədov ona cavab verib:

“Pul gəlib, gedəndir. Amma şərəf yox. Sən şərəfini həmin gecə itirdin və heç vaxt geri qaytara bilməyəcəksən. Sən bununla yaşa. MMA karyeranı bitirməklə “Twitter”də karyerana başlamısan?”

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ