“Qarabağ”ın Avropa Liqasında 19 potensial rəqibi məlum oldu

Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya”ya uduzan “Qarabağ” yoluna Avropa Liqasında davam edəcək. 

Avqustun 26-da keçiriləcək püşkatma 15:00-da start götürəcək. 

Ağdam klubunun hələ ki, 19 potensialı rəqibi bəllidi. Həmin klubların siyahısını təqdim edirik: “Roma”, “Latsio”(hər ikisi İtaliya), “Mançester Yunayted”, “Arsenal”(hər ikisi İngiltərə), “Braqa”(Portuqaliya), “Feyenoord”(Niderland), “Renn”, “Nant”. “Monako”(hamısı Fransa), “Real Sosyedad”, “Betis”(hər ikisi İspaniya), “Union Berlin”, “Frayburq”(hər ikisi Almaniya), “Şturm”(Avstriya), “Union”(Belçika), “Midtülland”(Danimarka), “Srvena Zvezda”(Serbiya), “Dinamo”(Kiyev, Ukrayna).

Qrup mərhələsinin oyunları aşağıda qeyd edilən tarixlərdə keçiriləcək:

1-ci tur: 8 sentyabr

2-ci tur: 15 sentyabr

3-cü tur: 6 oktyabr

4-cü tur: 13 oktyabr

5-ci tur: 27 oktyabr

6-cı tur: 3 noyabr

Oyunlar Bakı vaxtı ilə saat 20:45 və 23:00-da başlanacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ