Azərbaycan güləşçisi dünya çempionu oldu

Yunan-Roma güləşçimiz Nihad Quluzadə (55 kq) U-20 dünya çempionatının qalibi olub.

Bolqarıstanın paytaxtı Sofiyada keçirilən mundialda təmsilçimiz final görüşündə rumıniyalı Denis Mihayanı 6:1 hesabı ilə məğlub edib.

87 kq çəkidə çıxış edən Laçın Vəliyev isə U-20 dünya çempionatının bürünc medalına yiyələnib. Üçüncü yer uğrunda görüşdə təmsilçimiz koreyalı Donqyun Yuna 9:0 hesabı ilə qalib gəlib.

Digər güləşçimiz Xasay Həsənli (77 kq) isə bürünc medal görüşündə moldovalı Aleksandrin Qutuya 5:11 hesabı ilə məğlub olub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ