Bizdə Azərbaycan yoxdur - Braziliyanın baş məşqçisi Mbappeyə cavab verdi

Braziliya millisinin baş məşqçisi Tite Kilian Mbappenin Cənubi Amerika komandalarının səviyyəsi ilə bağlı dediklərinə cavab verib.

Daha əvvəl PSJ-nin hücumçusu bildirib ki, Cənubi Amerikada futbolun Avropadakı kimi inkişaf etməyib:

“Buna görə də son dünya çempionatlarına nəzər salsanız, Avropa komandaları davamlı olaraq qalib gəldiklərini görə bilərsiniz”

Tite isə cavabında qeyd edib ki, bəlkə Mbappe bu Millətlər Liqası və ya Avropa yoldaşlıq görüşləri haqqında danışır, amma Dünya Çempionatına vəsiqə haqqında deyil. 

“Bütün hörmətlə deyirəm ki, bizdə Azərbaycan yoxdur. Nəfəs ala biləcəyiniz matçlarımız yoxdur. Cənubi Amerikada seçmə mərhələyə keçmək Avropadakı qrup mərhələsinə vəsiqə qazanmaqdan qat-qat çətindir”, - deyə baş məşqçi vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ