Dünya çempionu Alp dağlarında həlak oldu

İkiqat dünya çempionu və xizək alpinizmi üzrə Fransa çempionatının üçqat qalibi Adel Milloz Fransada Alp dağlarında Mont Blan silsiləsinin yamaclarında ölüb. Onun 26 yaşı var idi, hadisənin baş vermə səbəbləri dəqiqləşdirilir.

“Corriere Della Sera” qəzeti xəbər verir ki, xilasedicilər həmçinin xanım Millozun müşayiəti ilə eyni marşrutla hərəkət edən 30 yaşlı kişinin cəsədini tapıblar. Fransa hüquq-mühafizə orqanları alpinistlərin ölümünə hava şəraitinin səbəb ola biləcəyi ilə bağlı məlumatı təkzib ediblər.

Hadisə barədə polisə eyni dağ marşrutu ilə gedən turistlər məlumat veriblər, təcili xidmətlər onları helikopterlə təxliyyə etməli olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ