Hacı Əliyev və Mariya Stadnik İslamiadanın ikiqat qalibi olublar

Azərbaycanı Türkiyənin Konya şəhərindəki V İslam Həmrəyliyi Oyunlarında təmsil edən qadın güləşçi Mariya Stadnik (50 kq) finalda özbəkistanlı Jasmina İmmayevaya qalib gələrək qızıl medal qaznıb.

Buta.media xəbər verir ki, görüş Stadnikin vaxtından əvvəl 10:0 hesablı təmiz qələbəsi ilə başa çatıb.

Bununla da, Mariya Stadnik karyerasında ikinci dəfə İslamiadanın qalibi olub. Daha əvvəl o, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında da qızıl medal qazanmışdı.

Sərbəst güləş üzrə yarışlarda 65 kq-da yer alan idmançımız Hacı Əliyev isə həlledici qarşılaşmada Albaniya təmsilçisi Zəlimxan Abakarovu məğlub edib.

Rəqibini vaxtından əvvəl “tuşe” ilə məğlub edən Hacı Əliyev də Stadnik kimi ardıcıl ikinci dəfə İslamiadanın qalibi olub. 

Güləşçimiz 2017-ci ildə Bakıda keçirilmiş IV İslam Həmrəyliyi Oyunlarında da fəxri kürsün ən yüksək pilləsinə yüksəlmişdi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ