Ermənilər Çempionlar Liqasında təxribata əl atdılar

Ötən gün Ermənistanın “Pünik” komandası ilə Serbiyanın “Srvena Zvezda” komandası arasında keçirilən görüşdə ermənilər növbəti dəfə təxribata əl atıb.

Belə ki, “Pünik” azarkeşləri İrəvanda keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Qarabağ Ermənistandır, Kosovo Serbiyadır” yazılı pankart açıblar.

Qeyd edək ki, matç Serbiya komandasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da, “Srvena Zvezda” Çempionlar Liqasının təsnifat mərhələsinin pley-off raunduna yüksəlib, “Pünik” isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Xatırladaq ki, Azərbaycan çemppionu “Qarabağ” da Çempionlar Liqasının pley-off mərhələsinə yüksəlib. Ağdam klubu bu uğura III təsnifat mərhələsinin cavab oyununda “Ferentsvaroş”a qalib gələrək əldə edib. 

Ağdamlılar Bakıda 1:1 hesablı bərabərliklə bitən oyunun revanşında səfərdə rəqibinə 3:1 hesabı ilə qalib gəlib və Avropanın ən nüfuzlu klub turnirinin pley-off mərhələsinə yüksəlib

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ