Qadınlardan ibarət Azərbaycan yığması Ermənistanı darmadağın edib

Qadın şahmatçılardan ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərində təşkil olunan Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşünü keçirib.

Buta.media xəbər verir ki, onuncu turda Ermənistanla qarşılaşan yığma rəqbini 4:0 hesabı ilə darmadağın edib.

Kişilərdən ibarət kollektiv isə Ermənistana uduzub - 1:3.

Qadın şahmatçılarımız Günay Məmmədzadə, Xanım Balacayeva, Gövhər Beydullayeva və Gülnar Məmmədova müvafiq olaraq Elina Danielyan, Lilit Mkrtçyan, Anna Sarqsyan və Susanna Qaboyan üzərində qələbə qazanıblar.

Kişi şahmatçılarımızdan isə Şəhriyar Məmmədyarov Qabriel Sarqissyana, Nicat Abbasov isə Robert Hovanisyana uduzub, Qədir Hüseynov Hrant Melkumyanla, Vasif Durarbəyli isə Manuel Petrosyanla bərabərliyə qalıb, 

Qeyd edək ki, Şahmat Olimpiadasına avqustun 10-da yekun vurulacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ