Konfrans Liqası: “Neftçi” Avstriya klubuna qalib gəldi

“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Buta.media xəbər verir ki, flaqman Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib və 2:1 hesablı qələbə qazanıb.

Hesabı 44-cü dəqiqədə Ataa Caber açıb. Matçın 60-cı dəqiqəsində Kenni Sayef “Neftçi”nin üstünlüyünü artırıb -  2:0.

Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.

Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.

Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ