“Neftçi” UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.
Buta.media xəbər verir ki, flaqman Bakıda Avstriyanın “Rapid” (Vyana) klubunu qəbul edib və 2:1 hesablı qələbə qazanıb.
Hesabı 44-cü dəqiqədə Ataa Caber açıb. Matçın 60-cı dəqiqəsində Kenni Sayef “Neftçi”nin üstünlüyünü artırıb - 2:0.
Qonaqlardan isə görüşün əsas vaxtına əlavə olunmuş 5-ci dəqiqədə Qvido Burqştaller fərqlənib.
Komandalar arasında cavab görüşü avqustun 11-də Vyanada keçiriləcək.
Qeyd edək ki, bu cütün qalibi pley-off mərhələsində "Konyaspor" (Türkiyə) - "Vaduts" (Lixtenşteyn) cütünün güclüsü ilə qarşılaşacaq.