Olimpiya mükafatçımızın medalı əlindən alındı

Azərbaycan ağırlıqqaldıranı Valentin Xristov 2012-ci il London Yay Olimpiya Oyunlarında qazandığı bürünc medaldan məhrum edilib.

Buta.media-nın məlumatına görə, BOK-un saytında yer alan qərara görə, təkrar analiz zamanı qanında qadağan edilmiş dehidroxlormetiltestosteron (oralturinabol) maddəsi tapıldığı üçün Xristovun Böyük Britaniyanın paytaxtı Londonda keçirilmiş Yay Olimpiya Oyunlarında qazandığı medal və diplomu qaytarmaq əmr olunur.

Ona görə də Beynəlxalq Ağırlıqqaldırma Federasiyasından 56 kq çəki dərəcəsində bu dəyişikliyi qeyd etməyi və hər hansı addımı öz səlahiyyəti daxilində nəzərdən keçirmək tələb edilib.

Azərbaycan Milli Olimpiya Komitəsi isə bu qərarın tam yerinə yetirilməsini təmin etməlidir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ