Qurban Qurbanov Qarabağdakı antirerror əməliyyatından danışdı

“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqası III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Macarıstanın “Ferentsvaroş” klubu ilə 1:1 hesablı heç-heçə ilə bağlı öz fikirlərini bölüşüb.

“Çox gərgin oyun oldu. Maraqlı matç alındı. Dünən də demişdim ki, topla yaxşı davranan komandaya qarşı oynayacağıq. Həqiqətən bu gün bunu gördük. Müdafiə və hücum xəttində yaxşı idilər. Oyunun əvvəlində bəzi çətinliklər oldu. Amma sonradan oyunu ələ ala bildik. Məncə, bizim ən çox mübarizə apardığımız oyun oldu. Buna da çox sevindim.Hər şey cavab oyununda bilinəcək. Böyük istək, əzmlə çalışacağıq ki, futbolçularımız həmin oyuna tam hazır olsunlar. Mübarizəmizi sona kimi aparacağıq. Özü də yaxşı. Çalışacağıq ki, əlimizə düşən şanslardan maksimum istifadə edək. Möhtəşəm azarkeşlərə də təşəkkürümü bildirirəm. Onlar komandamızın arxasında daim dururlar, bizə güvənirlər. İnanıram ki, bizlərlə olacaqlar. Biz də daha yaxşı mübarizə aparıb, daha yaxşı nəticə qazanmağa çalışacağıq.

VAR bizim qolumuzu ləğv etdi. Normal idi. Bəzən belə hallarda rahat olursan. Məncə, elə hər şey ədalətli olsun. Əlavə fikirlər yaranmır. Kiməsə, nəyəsə görə qalib gəlmək istəmirik. Tərəfdarıyam ki, orda da düzgünlük olsun. Məncə, buna öyrəşməliyik”, - deyə o bildirib.

Kadi Borgesin yoxluğundan danışan Qurbanov qeyd edib ki, bu gün meydanda olan futbolçularım tapşırıqları maksimum yerinə yetirdilər:

“Kadi olanda hücumda və müdafiədə əlavə gedişlər edirik. Amma futbolçular həqiqətən Kadinin yoxluğunu bir o qədər də hiss etdirməlidilər. Əlimdə sağlam futbolçular çox olanda rotasiyalar daha rahat olur. Hər bir futbolçu layiqli oynadı”.

Baş məqşçi qeyd edib ki, “Ferentsvaroş” sıradan bir klub deyil. 

“Qola gəldikdə, neçə epizodda qapıçımız daha ayıq oynayır. Oyundan əvvəl ayıq olur. İstənilən rəqibin reytinqi bizdən çox yuxarıdı, çempionatları bizdən yuxarıdı. Futbolçularım qol buraxsa da, mübarizə aparırlar. Qol buraxmamaq kimi bir şey yoxdu. Rəqibin oyunçuların ustalığını nəzərə almaq lazımdı. Daha etibarlı oynamaq istəyirik. Qol buraxsaq da, sınamamağ çalışırıq. Futbolçularıma inanıram. Bu gün futbolçularım yatmırdılar, qələbə üçün ən yaxşısını etməyə çalışırdılar. Öz bacardıqlarından daha artığını etmək istəyirlər. Hansı komandada oynadıqlarını yaxşı bilirlər. Azarkeşlər üçün baxımlı oynamaq istəyiriksə, qapımıza qol da vuracaqlar.

Ədalətli nəticədi. Ona görə yox ki, 3-4 oyunçumuz yoxdu. Sadəcə rəqibin də qol epizodları oldu, bizim də. Bir hissəmiz bitdi, minimum daha 90 dəqiqə var qarşıda. Oyun gedir, sadəcə fasilədi”, - deyə o bildirib.

Ağdamlıların baş məşqçisi oyundan sonra Stanislav Çerçesovun ona yaxınlaşmasına da münasibət bildirib:

“Ovusunun epizodunu dedi ki, topu qapıçıya verəndə qapıya vurmaq istəyirdi. Dedim, narahat olma, vursa belə, buraxacaqdıq. O da bəlkə göründü ki, hirsləndi, amma yox, elə deyildi”.

Bu gün Azərbaycan ordusunun şəhid verməsi və antirerror əməliyyatı həyata keçirməsindən danışan Qurban Qurbanov bildirib ki, xəbərləri oyuna çıxanda isinmədə eşidib. 

“Çox üzüldük. Allah rəhmət eləsin, yaxınlarına səbr versin. Sanki bir neçə müddətdən bunları eşitmək bizə xoş deyil. Bəzi hallar var ki, çalışmalıyıq ki, özümüzü düzgün idarə edək. Əgər bu gün yarışa çıxmışıqsa, çalışmalıyıq özümüzü düzgün idarə edək. Ancaq belə xəbərlər bizi həmişə üzür. Mənim üçün təsiri çox böyükdü. Bu gün burada rahat oturmağımızın səbəbkarları şəhidlərimiz olub. Hər birimizə bunun təsiri var. Ola bilər hansısa futbolçu eşitmədi. Amma biz azərbaycanlılar hamımız bilirdik. Oyundan sonra futbolçular arasında dialoq gedirdi. Hamı üzüldü. Buradakı legionerlərin hər biri azərbaycanlıdı. Komandanı çox sevirlər, özlərini mədəniyyətli aparırlar. Daim bizlərlədilər. İnanıram ki, onlara da təsir edəcək. İstəyərdim ki, şəhidlərimiz bir daha olmasın”, - deyə o vurğualyıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ