“Qarabağ”ın sabiq futbolçusu vəfat etdi

“Qarabağ” və “Simurq” klublarının sabiq latviyalı futbolçusu Andrey Rubin 43 yaşında vəfat edib.

Bu barədə Latviya Futbol Federasiyasının rəsmi saytında məlumat yayılıb.

Qeyd edək ki, Rubin 2010-2011-ci il mövsümündə “Qarabağ”ın heyətində 12 oyunda meydana çıxıb. 2011-2012-ci ildə isə Zaqatalanın “Simurq” komandasının heyətində 18 amtça çıxıb və bir qol vurub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ