Renat Dadaşov “Qrasshoppers”də ilk qolunu vurdu - video

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov İsveçrə Superliqasının 3-cü turunun matçında qol vurub.

Dadaşovun da yer aldığı “Qrasshopper” klubu çempionatın lideri “Yanq Boyz”un qonağı olub. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Renat Dadaşov “Yanq Boyz”a qol vuraraq komandasını məğlubiyyətdən xilas edib - video

46-cı dəqiqədə meydana daxil olan azərbaycanlı hücumçu qol vuraraq hesabı bərabərləşdirib. Dadaşov meydana daxil olduqdan 3 dəqiqə sonra fərqlənib.

Hazırda hesabında 4 xal olan “Qrasshopper” turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ