“Neftçi”dən möhtəşəm geridönüş

“Neftçi” UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin cavab görüşündə “Aris”lə üz-üzə gəlib.

“Qafqazinfo” xəbər verir ki, paytaxt təmsilçisi səfərdə 0:2 uduzduğu rəqibinə 3:0 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.

“Ağ qaralar”ın qollarını Qodsvoy Donyoh, Eddi İsrafilov və Kenni Sayef vurub.

28 iyul Konfrans Liqası 2-ci təsnifat mərhələsi, cavab oyunu 21:00.

“Neftçi” (Azərbaycan) – “Aris” (Kipr) - 3:0

Qol: Qodsvey Donyo, 38, Eddi İsrafilov, 54, Kenni Sayef, 62

Baş hakim: Bastian Donkert (Almaniya) Bakı.

“Bakcell Arena”

İlk oyun – 0:2

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ