Çempionlar Liqası: “Qarabağ”ın pley-offda beş potensial rəqibi

Çempionlar Liqasının II təsnifat mərhələsində İsveçrənin “Sürix” klubunu iki oyunun nəticəsinə görə keçən Azərbaycan çempionu “Qarabağ” turnirin pley-off mərhələsinin püşkatmasında yerini təmin edib. 

Püşkatma mərasimi avqustun 2-də keçiriləcək.

Xatırladaq ki, ağdamlılar III təsnifat mərhələsində Macarıstanın “Ferentsvaroş” komandası ilə qarşılaşacaq. Bu oyunlar 2 və ya 3 avqust (Bakıda) və 9 avqust (Budapeştdə) keçiriləcək.

Püşkatma mərasimi III mərhələnin oyunlarından əvvəl təşkil olunacaq. 

İlk iki raundda “səpələnmişlər” səbətində yer alan “Qarabağ” bu dəfə “səpələnməmişlər” sırasında olacaq. 

“Səpələnmişlər” səbətində olan komandalar:

“Lüdoqorets” (Bolqarıstan) – “Dinamo” (Zaqreb, Xorvatiya) cütü (xorvatların reytinqi 49,500)

“Srvena Zvezda” (Serbiya) – “Pünik” (Ermənistan) cütü (serblərin reytinqi 46,000)

“Kopenhagen” (Danimarka) (reytinq 40, 500)

“Şerif) (Moldova) – “Viktoriya” (Çexiya) (çexlərin reytinqi – 31,000).

Püşkatma zamanı UEFA Azərbaycan və Ermənistandan olan klubları ayrı salır, buna görə “Srvena Zvezda” – “Pünik” cütünün qalibi “Qarabağ”la qarşılaşa bilməz. Bununla da, Qurban Qurbanovun yetirmələri üçün pley-off mərhələsində beş potensial rəqib qalır.

Qeyd edək ki, “Qarabağ”dan əlavə “səpələnməmişlər” səbətində aşağıdakı komandalar da olacaq:

“Bude-Qlimt” (Norveç) – “Jalqiris” (Litva) (norveçlilərin reytinqi 17,000)

“Makkabi” (Hayfa, İsrail) – “Apollon” (Kipr) (kiprlilərin reytinqi 14,000)

“Trabzonspor” (Türkiyə) (reytinq 5,500).

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ