Xavi “Barselona” rəhbərliyindən Messini geri qaytarmağı xahiş edib

Kataloniya “Barselona”sının baş məşqçisi Xavi Hernandes komanda rəhbərliyindən argentinalı hücumçu Lionel Messini geri qaytarmağı xahiş edib. Bu barədə Sport.es məlumat yayıb.

Xavi klub prezidenti Joan Laportaya müraciət edib. Məşqçi hesab edir ki, Messinin qayıdışı maliyyə və idman baxımından klubun bərpasına kömək edəcək. Qeyd olunur ki, Xavi argentinalının PSJ ilə müqaviləni bitdikdən sonra onu heyətə qatmağı təklif edib.

İyulun 24-də Laporta 35 yaşlı hücumçunun Kataloniya klubuna qayıda biləcəyini açıqlayıb.

“Məncə, Messi və “Barselona”nın hekayəsi hələ bitməyib. “Barselona"nın prezidenti olaraq özümü Messiyə borclu hiss edirəm”, - o deyib.

Messi PSJ-yə 2021-ci ilin avqustunda keçib. Argentinalının Fransa komandası ilə müqavilə 2023-cü ilə qədərdir. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ