Konfrans Liqası: “Zirə” İsrail klubuna böyük hesabla uduzub - video

Azərbaycanın “Zirə” klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununu keçirib.

Buta.media xəbər verir ki, Bakıda “Dalğa Arena”da İsrail “Makkabi”sini qəbul edən Rəşad Sadıqovun yetirmələri 0:3 hesabı ilə məğlub olublar.

Qarşılaşmada hesab artıq 18-ci dəqiqədə açılıb, qonaqlardan Qavriel Kaniçovski fərqlənib. Dörd dəqiqə sonra Corce Yovanoviç komandasının üstünlüyün iki topa çatdırıb. 

“Zirə” oyunda dönüş yaratmağa çalışsa da, komandanın səyləri bəhrəsiz qalıb. Qonaqlar isə fasilədən sonra da daha effektli hücumlar təşkil edib.

Qeyd edək ki, cavab qarşılaşması bir həftə sonra İsrailin paytaxtı Təl-Əvivdə keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ