“Qarabağ”ın Çempionlar Liqasında potensial rəqibi dəqiqləşib

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.

II raundda “Sürix”lə qarşılaşacaq Azərbaycan çempionu İsveçrə klubunu məğlub edəcəyi təqdirdə, növbəti mərhələdə “Ferensvaroş” (Macarıstan) – “Slovan” (Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. “Qarabağ” – “Sürix” cütünün güclüsü ilk görüşü evdə keçirəcək.

Qeyd edək ki, Çempionlar Liqasında III təsnifat mərhələsinin ilk oyunları avqustun 2-3-də, cavab görüşləri isə 9-da keçiriləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ