FİFA Platini və Blatterlə bağlı qərar verildi

FİFA-nın keçmiş prezidenti Jozef Blatter və UEFA-nın sabiq rəhbəri Mişel Platini korrupsiya işi üzrə bəraət alıb.

Bu qərarı İsveçrə Federal Məhkəməsi verib. Ötən ilin noyabrında federal prokurorlar onları ittiham etmiş, FİFA tərəfindən Platiniyə qeyri-qanuni şəkildə 2 milyon İsveçrə frankı ödənildiyi iddia olunmuşdu. Onların 18 aylıq şərti həbs cəzası tələbi qəbul edilməyib.

Bellinzona şəhər məhkəməsi sabiq futbol funksionerlərinin bəraətinə qərar verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ