“Qarabağ” Çempionlar Liqasına məğlubiyyətlə başlayıb

Azərbaycan çempionu “Qarabağ” UEFA Çempionlar Liqasında mübarizəyə başlayıb.

Buta.media xəbər verir ki, “Köhlən atlar” I təsnifat mərhələsinin ilk oyununda Polşa “Lex”inin qonağı olub. 

Poznan şəhərindəki eyniadlı stadionda oynanılan qarşılaşma meydan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Yeganə qolu 41-ci dəqiqədə meydan sahiblərinin kapitanı Mikhael İshak vurub.

Qeyd edək ki, komandalar arasında cavab matçı iyulun 12-də Bakıda olacaq. Bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə “Sürix”i ilə qarşılaşacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ