Vaqner Lav Azərbaycan klubuna keçə bilər

Braziliyalı hücumçu Vaqner Lav Azərbaycanın “Sabah” klubuna keçməyə yaxındır.

Bu barədə “Eurostavka” nəşri məlumat yayıb.

Nəşrin mənbəsinin məlumatına əsasən, Vaqner Lavın “Sabah” klubu ilə danışıqları baş tutarsa, o, Azərbaycan çempionatında ən yüksək gəlirli futbolçu ola bilər.

38 yaşlı braziliyalının son klubu Danimarkanın “Mityuland” komandası olub.

Qeyd edək ki, “Sabah” klubunun baş məşqçisi rusiyalı Murad Musayevdir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ