Azərbaycan qılıncoynadanı Avropa çempionu olub

Türkiyənin Antalya şəhərində keçirilən qılıncoynatma üzrə Avropa çempionatında qadın sablyaçıların şəxsi yarışında  Azərbaycan milli komandasının lideri Anna Başta qızıl medal qazanıb.

Buta.media-nın xəbərinə görə, qrup mərhələsini 5 qələbə ilə başa vuran Azərbaycan milli komandasının lideri Anna Başta uğurlu çıxışının davamını pley-offda da gətirib. Burada rumıniyalı Sabina Martisə 15:8 hesabı ilə qalib gələn Anna 1/8 finalda  digər təmsilçimiz Palina Kaspiaroviçdən 15:14 hesabı ilə üstün olub.

Dörddəbir finalda azərbaycanlı idmançı eyni hesabla ukraynalı olimpiya çempionu Olqa Xarlanı mübarizədən kənarlaşdırıb.

Yarımfinalda polşalı Suzanna Pieslara 15:6 hesabı qalib gələn Anna finala vəsiqə qazanıb.

Həlledici görüşdə İtaliya sablyaçısı Rossella Qreqorioyadan 15:9 hesabı ilə üstün olan Azərbaycan təmsilçisi Avropa çempionatında fəxri kürsün ən yüksək pilləsinə qalxıb.

Polina Kasperoviç ümumi sıralamada 10-cu olub. Digər təmsilçilərimizdən Səbinə Kərimova və Valeriya Boşakova isə müvafiq olaraq 13 və 43-cü yerlərdə qərarlaşıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ