Messi dəli oldu, məni öldürmək istəyirdi - PSJ futbolçusu

Fransanın PSJ klubunun yarımmüdafiəçisi Leandro Paredes Çempionlar Liqasının 2020/2021 mövsümünün 1/8 final mərhələsində “Barselona” ilə oyunda hücumçu Lionel Messi ilə münaqişəsindən danışıb.

Onun sözlərini Marca nəşri sitat gətirir.

“Mən komanda yoldaşlarıma nəsə dedim, o bunu eşitdi və sadəcə dəli oldu - mənə hücum etdi və öldürmək istədi. Çox narahat idi, evə qaçmaq istəyirdim” , - Paredes deyir. O əlavə edib ki, Messinin PSJ-yə keçidindən sonra onunla yaxşı munasibətlər qurmağa başlayıb.

Paredesin bəhs etdiyi matç 2021-ci il fevralın 16-da baş tutub. Həmin oyunda “Barselona” PSJ-yə 1:4 hesabı ilə uduzub.

Qeyd edək ki, Lionel Messi 2021-ci ilin avqustunda PSJ-yə keçib. Paredes isə 2019-cu ildən Fransa klubunda çıxış edir. Futbolçular birlikdə ötən mövsüm Fransa çempionu olublar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ