Çempionlar Liqası: “Qarabağ”ın beş potensial rəqibi - FOTO

UEFA Çempionlar Liqasında Azərbaycan təmsilçisi “Qarabağ”ın ilkin mərhələdəki rəqibi sabah müəyyənləşəcək.

Buta.media xəbər verir ki, püşkatma mərasimi iyunun 14-də Bakı vaxtı ilə 14:00-da başlayacaq.

Mərhələnin ən reytinqli komandası olan Qurban Qurbanovun komandası səpələnmişlər sırasındadır.

Komandamızın Çempionlar Liqasının I təsnifat mərhələsində potensial rəqiblərinin sayı isə beşdir. 

Bunlar Bosniya və Herseqovina təmsilçisi “Zrinski”, Polşa təmsilçisi “Lex”, Maltanın “Hibernians”, Şimali Makedoniyanın “Şkupi” və Gürcüstanın “Dinamo Batumi” klublarıdır.

II təsnifat mərhələsinin püşkatması iyunun 15-də keçiriləcək. “Qarabağ” burada da səpələnmişlər arasında yer alacaq. Ağdamlıların rəqibi isə “Makkabi” (Hayfa, İsrail), “Sürix” (İsveçrə), eləcə də “Maribor” (Sloveniya) - “Slovan” (Slovakiya), HJK (Finlandiya) - TNS (Uels) “Dudelanj” (Lüksemburq) -“”Jalgiris” (Vilnüs, Litva), “Linkoln Red İmps” (Cəbəllütariq) - “Şamrok Rovers” (İrlandiya) cütlüklərinin qalibi ola bilər.

Üçüncü mərhələdə “Qarabağ”ın potensial rəqibləri “Apollon” (Kipr), həmçinin “Ludoqorets” (Bolqarıstan), “Şerif” (Moldova), CFR (Rumıniya), “Bude-Qlimt” (Norveç) və “Ferentsvaroş” (Macarıstan) klublarının iştirakı keçiriləcək oyunlarının qalibləridir.

Əgər “Qarabağ” pley-off mərhələsinə qədər irəliləyə bilərsə, burada artıq səpələnməmişlər səbətində olacaq. Çempionlar Liqasının pley-off mərhələsində “Qarabağ”ı “Kopenhage” (Danimarka), həmçinin “Dinamo” (Zaqreb, Xorvatiya), “Srvena Zvezda” (Serbiya) və “Olimpiakos” (Yunanıstan) komandalarının iştirakı ilə keçiriləcək matçların qalibləri gözləyə bilər.

Qeyd edək ki, Çempionlar Liqasında I təsnifat mərhələsi iyulun 5-6-da və 12-13-də, II təsnifat mərhələsi 19-20-də və 26-27-də baş tutacaq. Konfrans Liqasında isə qarşılaşmalar iyulun 7-də, 14-də, 21-də və 28-də olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ