Maks Ferstappen Azərbaycan Qran-prisinin qalibi olub

"Red Bull"dan Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.

Onun komanda yoldaşı Serxio Peres ikinci, "Mercedes"dən Corc Rassell üçüncü yeri tutub. Rassellin komanda yoldaşı, 7 qat dünya çempionu Lüis Hemilton 4-cü yerlə kifayətlənib.

Beləliklə, Maks Ferstappen ilk dəfə Bakıdakı yarışda qalib adını qazanıb. Ötən il onun komanda yoldaşı Serxio Peres finişə birinci çatdığı üçün "Red Bull" ardıcıl ikinci dəfə Bakıdakı yarışda qalib olub.

"Ferrari"dən Şarl Lekler və Karlos Sayns, "Haas"dan pilotu Kevin Maqnussen, "Alfa Romeo"nun üzvü Çjou Quanyuy və "Aston Martin"dən Lans Stroll yarışı sonadək davam etdirə bilməyib.

15:00

"Formula 1" üzrə Azərbaycan Qran-prisində son - əsas yarış start götürüb.

51 dövrənin yekununda qalib bəlli olacaq.

"Ferrari"nin sürücüsü Şarl Lekler iyunun 11-də sıralama turunda bütün rəqiblərini qabaqladığı üçün mübarizəyə hamıdan öndə başlayıb. "Red Bull" pilotları Serxio Peres və Maks Ferstappen 2-3-cü yerləri tutub.

Hazırkı dünya çempionu Ferstappen 125 xalla liderdir. Lekler 116 xalla ikinci, Peres 110 xalla üçüncü pillədə qərarlaşıb.

Günün ilk yarısında "Prema Racing"dən Dennis Hauger "Formula 2"nin qalibi olub.

Qeyd edək ki, "Formula 1" yarışı 6-cı dəfə Azərbaycanda təşkil olunur. Bakıdakı əvvəlki yarışlarda "Mercedes"in sabiq pilotu, artıq karyerasını başa vurmuş Niko Rosberq, "Red Bull"un keçmiş pilotu, hazırda "McLaren"da çıxış edən Daniel Rikkardo (2017), "Mercedes"dən Lüis Hemilton (2018), onun komanda yoldaşı Valtteri Bottas (2019) və "Red Bull"da çıxış edən Serxio Peres (2021) qalib olub. 2020-ci ildəki Azərbaycan Qran-prisi koronavirus pandemiyasına görə ləğv edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ